Hazırda Əfqanıstanda mülki azərbaycanlı var? – XİN açıqladı
    • 16-08-2021, 11:22
    • 294

Hazırda Əfqanıstanda mülki azərbaycanlı var? – XİN açıqladı

"Hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur"

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

Azərbaycan XİN-dən News24.az-a  daxil olan məlumata görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:

"Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir".