Moldova və Rumıniya birgə təlimlər keçirəcək
    • 8-05-2024, 12:40
    • 107

Moldova və Rumıniya birgə təlimlər keçirəcək

Moldova və Rumıniya hərbçiləri mayın 8-dən 24-dək Cincu hərbi təlim mərkəzində (Rumıniya) “Külək baharı 2024” birgə təlimləri keçirəcək.

News24.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, onlar taktiki və əməliyyat vərdişlərinin təkmilləşdirilməsi, eləcə də iki ölkənin hərbçiləri arasında qarşılıqlı fəaliyyətin artırılması məqsədi ilə həyata keçirilir. Təlimlərə Moldova tərəfdən “Stefan çel Mare” 2-ci mexanikləşdirilmiş piyada briqadasının, Rumıniya tərəfdən isə general Qriqor Balan adına 81-ci mexanikləşdirilmiş piyada briqadasının hərbi qulluqçuları cəlb olunacaq.

Mehriban Mirzəzadə