Əfqanıstanın 100-dən çox hərbçisinin olduğu təyyarə Tacikistana eniş etdi
    • 16-08-2021, 16:45
    • 329

Əfqanıstanın 100-dən çox hərbçisinin olduğu təyyarə Tacikistana eniş etdi

Əfqanıstan Silahlı Qüvvələrinin 100-dən çox hərbi qulluqçusunun olduğu təyyarələr Tacikistana eniş edib.

News24.az RIA-ya istinadən xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, SOS siqnalını aldıqdan sonra beynəlxalq öhdəliklərə uyğun olaraq Tacikistan Əfqanıstan təyyarələrinə Boxtar şəhərinin hava limanına enməyə icazə verib.

Bildirilib ki, gecə saatlarında Əfqanıstan Hərbi Hava Qüvvələrinin 3 hərbi təyyarəsi Boxtar hava limanına enib. 

Boxtar şəhərinin meriyasından verilən məlumata görə, gələn bütün Əfqanıstan hərbçiləri müvəqqəti olaraq şəhər universitetlərinin yataqxanalarında yerləşdirilib.