Bakıda ağaclıq ərazidə yanğın
    • 16-08-2021, 18:54
    • 308

Bakıda ağaclıq ərazidə yanğın

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın başlayıb.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 300 kvadrat metr ərazidə ağaclıq yanır.