İndi də Fransa meşələri yanır
    • 17-08-2021, 10:04
    • 281

İndi də Fransa meşələri yanır

Fransanın cənub-şərqindəki Var departamentində güclü yanğın səbəbiylə minlərlə insan təxliyə edilib.

News24.az AFP-yə istinadən xəbər verir ki, yanğına təxminən 750 yanğınsöndürən cəlb olunub. Yanğın dörd min hektardan çox ərazini əhatə edib. Yanğının söndürülməsi üçün dörd Kanadair yanğınsöndürən təyyarəsi və Super Puma helikopteri havaya qalxıb.