-
- 17-08-2021, 17:32
- 485
Qazi Elçin ona verilən evi digər müharibə iştirakçısına bağışladı
Qəbələ rayonunda yaşayan Vətən müharibəsi qazisi Elçin Səmədovun ona verilən mənzili döyüş yoldaşına bağışlaması ilə bağlı xəbərlər yayılıb. Qazinin bu hərəkəti təqdir edilsə də, ehtiyacı olduğu evi başqasına bağışlaması birmənalı qarşılanmayıb.
məlumatı dəqiqləşdirmək üçün E. Səmədovun anası Vüsalə Şükürova ilə əlaqə saxlayıb. V. Şükürova qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tikdiyi evdən əlavə, başqa bir iş adamı tərəfindən onlara bina evindən mənzil hədiyyə edilib:
“Elçinin də ürəyindən belə bir istək gəldi ki, iş adamının bizə verdiyi evi rayondan olan digər bir imkanı olmayan müharibə iştirakçısına versin. Hazırda həmin qazi binada yaşayır. Ona mənzili 4 ay bundan qabaq vermişik. Biz isə ailə üzvlərimizlə birgə nazirliyin tikdiyi mənzildə yaşayırıq. Həyat şəraitimiz yaxşılaşıb. Elçinin də səhhəti normaldır”.
Xatırladaq ki, müharibədə çoxsaylı qəlpə yarası almış E. Səmədov anası və iki qardaşı ilə birgə ağır məişət şəraiti olan vaqonda yaşaması ilə gündəmə gəlmişdi. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qaziyə ev tikmək məsələsini öhdəliyinə götürmüşdü. Ötən ilin dekabrında ailəyə üçotaqlı mənzil təqdim edilmişdi. /Qafqazinfo/