-
- 19-08-2021, 13:53
- 902
"Kayahanın soyadından imtina etməyəcəm!" - İpək Açar hiddətləndi
Mərhum müğənni Kayahanın keçmiş həyat yoldaşı İpək Açar Kömürcü susqunluğunu pozdu.
News24.az xəbər verir ki, Kömürçü sosial şəbəkədə mərhum həyat yoldaşının soyadından imtina etməyəcəyini açıqlayıb: "Bu söz-söhbətlərdən çox yoruldum. Yetər! Mənə bu məsələdə şiddət göstərənləri qınayıram. Kayahan bəylə 22 il həyatı paylaşdıq, bu nikahdan gözəl övladımız var. Onu yaşatmaq üçün sonadək mübarizə apardıq. Təssüf ki, yaşada bilmədik. Nur içində yatsın. O, daima bizim qəlbimizdə yaşayacaq. Allaha çox şükürlər olsun ki, qarşıma çox yaxşı bir insan çıxdı və onunla evləndim. O, həm mənə, həm də övladıma çox gözəl baxır. Təəssüf ki, Kayahan bəyin qızı Açar soyadından imtina etməyimi istəyir, amma bunu etməyəcəm. Türkiyə qanunlarının mənə verdiyi kimliklə məhz bu soyadla yaşayacağam".
Qeyd edək ki, müğənninin qızı Bəstə Açar İpək Açar Kömürcüdən atasının soyadından imtina etməsini tələb edir.