"Bu, bizi rahatlaşdırmamalıdır" - Yaqut Qarayeva
    • 20-08-2021, 11:12
    • 292

"Bu, bizi rahatlaşdırmamalıdır" - Yaqut Qarayeva

"20 avqust tarixinə əsasən, dünya 210 milyon şəxs yeni virusa yoluxub, 4 milyon şəxs həyatını itirib, gündəlik 722 min nəfər virusa yoluxub. Ən çox yoluxma halları isə ABŞ, Hindistan və Braziliyaya aiddir".

News24.az-ın xəbərinə görə, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, Azərbaycanda 18 pandemiya müəssisəsi fəaliyyət göstərir: "Ehtiyac olduğu halda ölkəmizdə 40-a yaxın pandemiya müəssisəsindən istifadə edə bilərik. Ancaq bu, bizi rahatlaşdırmamalıdır. Ehtiyat tibb müəssisələrində pandemiya xəstələrini qəbul etdiyimiz zaman digər xəstəlikləri olan şəxsləri xəstəxanalara qəbul etməkdə çətinlik çəkirik. Tibb personalının çatışmazlığı və yorğunluğunu nəzərə almalıyıq. Onlar 1 ildən çox müddətdir ki, gərgin rejimdə çalışırlar".