-
- 25-05-2021, 12:26
- 432
Bu günə kimi ölkədə 2 milyona yaxın insana vaksin vurulub
"Bölgələrdə yeni yoluxmalar qeyd olunmur. Bakı şəhərində isə Binəqədi və Xətai rayonlarında yoluxma çoxdur".
News24.az-ın məlumatına görə, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, Azərbaycan vətəndaşlarına 2 milyona yaxın vaksin vurulub: "Azərbaycan dünyada nadir ölkələrin siyahısındadır ki, əhalinin sayına görə vaksinimiz var. Bizim həmçinin, seçim imkanımız var. Azərbaycanda 3 şirkət tərəfindən istehsal olunan iki vaksin var. ÜST tərəfindən təsdiqlənən vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Bir il ərzində üç yüz mindən çox vətəndaşımız virusa yoluxub. 1 milyon vətəndaşımız isə immunitet qazanıb".