Koronavirusa qarşı DNT peyvənd təsdiqlənə bilər
    • 20-08-2021, 14:56
    • 469

Koronavirusa qarşı DNT peyvənd təsdiqlənə bilər

Hindistanda dərman tənzimləyicisinin mütəxəssisləri dünyanın ilk DNT peyvəndi olan üç dozalı "ZyCoV-D" koronavirus peyvəndinin təsdiqlənməsini tövsiyə ediblər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda mütəxəssislər Hindistanın peyvənd istehsalçısı "Zydus Cadila" şirkətnin peyvəndin iki dozası haqda əlavə məlumat verməli olduğunu bildiriblər.

"ZyCoV-D" peyvəndi SARS-CoV-2 sünbül zülalını istehsal edən və insan immun sisteminin hüceyrə-humoral budaqlarının vasitəçiliyi ilə immunitet reaksiyasına səbəb olan plazmid DNT peyvəndidir.