Sumqayıtda mənzildə kişi meyiti tapıldı
    • 23-08-2021, 11:51
    • 243

Sumqayıtda mənzildə kişi meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


FHN-dən News24.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Piriyev Əliqiyas Qiyas oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.