Saatlıda karantin qaydalarının pozulduğu yas məclisi aşkarlandı
    • 26-08-2021, 10:58
    • 221

Saatlıda karantin qaydalarının pozulduğu yas məclisi aşkarlandı

Saatlıda karantin qaydalarının pozulduğu yas məclisi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.