93 minə yaxın şəxs vaksin olundu
    • 29-08-2021, 17:05
    • 357

93 minə yaxın şəxs vaksin olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 92 948 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 922, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 026 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 687 806, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 042 976, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 644 830 təşkil edir.