Son sutkada 60 minə yaxın insan peyvənd olundu
    • 1-06-2021, 16:43
    • 419

Son sutkada 60 minə yaxın insan peyvənd olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7559 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 312 715, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 404 898, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 907 817 təşkil edir.