66 nömrəli marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər edildi
    • 30-08-2021, 17:31
    • 363

66 nömrəli marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər edildi

Nazim İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib.

Bu barədə News24.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, dəyişikliyə əsasən marşrutun hərəkət sxemi müvəqqəti olaraq: "Sakit Qocayev, Əhməd Mehbalıyev və Zaur Şərifov küçələrindən keçməklə müəyyən edilib".