Gəncədə hamilə qadın həyat yoldaşı tərəfindən döyülüb
    • 3-09-2021, 10:49
    • 228

Gəncədə hamilə qadın həyat yoldaşı tərəfindən döyülüb

Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T. Məmişovanın həyat yoldaşı, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü İsgəndərov Muraz tərəfindən döyülməsi nəticəsində çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdiriliməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov News24.az-a bildirib ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.