Dini mərasim keçirmək istəyənlərdən 10 nəfəri cərimələndi, 2-si həbs edildi
    • 3-09-2021, 12:40
    • 366

Dini mərasim keçirmək istəyənlərdən 10 nəfəri cərimələndi, 2-si həbs edildi

Dünən gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.