İlham Əliyev qızıl medal qazanan idmançılarımızı təbrik etdi
    • 4-09-2021, 11:05
    • 577

İlham Əliyev qızıl medal qazanan idmançılarımızı təbrik etdi

Prezident İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyeva və Orxan Aslanovu təbrik edib.

News24.az-ın məlumatına görə, dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!"