Azərbaycanda rəis müavini və atası koronavirusdan vəfat etdi
    • 4-09-2021, 12:16
    • 390

Azərbaycanda rəis müavini və atası koronavirusdan vəfat etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşı və atası koronavirusdan vəfat edib.

News24.az xəbər verir ki, SHXÇDX-nin Zərdab rayon bölməsinin rəis müavini mayor Vüsal Mirzəyev və atası Cərulla Mirzəyev COVID-19-un qurbanı olub. Ata və oğul ötən gün vəfat edib. /Oxu.az/