7 terrorçu zərərsizləşdirildi
    • 6-05-2024, 22:10
    • 115

7 terrorçu zərərsizləşdirildi

Suriyanın şimalında sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücuma hazırlaşan 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu baradə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada terrorçuların hücum cəhdlərinə tam gücü ilə cavab verməyə davam etdiyi bildirilib. “Qəhrəman Türk Silahlı Qüvvələrimiz sülh və əmin-amanlığı pozmaq üçün hücuma hazırlaşan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Suriyanın şimalındakı Zeytun Budağı və Fərat Qalxanı bölgələrində təhlükəsizlik mühiti "Terroru mənbəyində ortadan qaldırmağa qərarlıyıq".

Günel Məlikzadə