-
- 24-08-2021, 12:00
- 527
Əfqanıstanın müvəqqəti prezidentindən “Taliban”a xəbərdarlıq: "Qəbul etmirik"
“Əfqanıstan “Taliban” hərəkatının diktaturasını qəbul etmir”.
News24.az-ın "RİA novosti"-yə istinadla verdiyi xəbərə görə, bu haqda Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh “India Today” telekanalına müsahibəsində deyib.
Əmrulla Saleh bildirib ki, onlar Əfqanıstanın Talibanistana çevrilməsini istəmirlər: ""Taliban”ın istədiyi olmayacaq. Biz danışıqlar tərəfdarıyıq, amma onun da bir əhəmiyyəti, mənası olmalıdır”.
O deyib ki, taliblərin Pəncşirin bir hissəsini nəzarətə götürmələri haqda iddiaları doğru deyil: “Bu, yalandır. Orda vəziyyətə biz nəzarət edirik, insanların mənəvi ruhu çox yüksəkdir. Biz orada insanlar arasında konsensusa nail olmuşuq. Onlar müqavimət ruhunu satmayacaqlar. Biz həm konstruktiv danışıqlara, həm də danışıqlar uğursuz olarsa, müqavimət göstərməyə hazırıq”.