Ombudsman Aparatının Çağrı Mərkəzi fəaliyyətini bərpa etdi
    • 6-09-2021, 14:33
    • 229

Ombudsman Aparatının Çağrı Mərkəzi fəaliyyətini bərpa etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 916 Çağrı Mərkəzi fəaliyyətini bərpa edib.

Bu barədə News24.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, 916 Çağrı Mərkəzinin fəaliyyətində yaranmış texniki məhdudiyyət aradan qaldırılıb.

"Artıq müraciətlərinizi Ombudsmana 24 saat ərzində fəaliyyət göstərən Çağrı Mərkəzi vasitəsilə çatdıra bilərsiniz", - məlumatda qeyd olunub.