Azərbaycanlı akademik koronavirusdan vəfat etdi
    • 7-09-2021, 12:32
    • 217

Azərbaycanlı akademik koronavirusdan vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun laboratoriya müdiri, Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsinin dekanı, akademik Ənvər Nəhmədov vəfat edib. 

 AMEA-dan News24.az-a verilən məlumata görə, 62 yaşlı alim ötən gün dünyasını dəyişib.

Sosial şəbəkələrdə alimin koronavirusdan həyatını itirdiyi bildirilir.  

Ə. Nəhmədov elmi yaradıcılıqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan, Türkiyə və Almaniya universitetlərində dərs deyib.