-
- 7-09-2021, 14:37
- 305
Nazir şagirdlərdə koronavirusa yoluxma faktları zamanı veriləcək qərardan danışdı
"Distant və hibrid təhsil nazirliyin sevdiyi təhsil forması deyil. Hazırda əyani formaya keçid yaxşı xəbərdir. Amma eyni zamanda başa düşməliyik ki, Azərbaycanda pandemiya bitməyib. Təbii ki, bəzi məktəblərdə yoluxma ocaqları qeydə alınacaq. Bu zaman daha məhdud qapanmalar edəcəyik".
News24.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. E.Əmrullayevin sözlərinə görə, məktəblərdə yoluxma halları aşkarlanarsa, mütəxəssislərlə məsləhətləşib daha lokal, məhz həmin məktəblərlə bağlı qərar veriləcək: “Ümid edirəm ki, distant təhsilə qayıtmağa məcbur olmayacağıq. Ənənəvi təhsilə qayıtmaq o demək deyil ki , pandemiya bitib. Vaksinlənmə faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir. Məktəblərdə yoluxma halları baş verəcəksə, məktəblər üzərindən həmin yerlərə uyğun qərar veriləcək. Bir şagird yoluxubsa, buna əsasən sistem üzərindən ümumi qapanmaya ehtiyac yoxdur".