Erməni idmançı azərbaycanlı ilə döyüşməkdən imtina etdi
    • 16-11-2018, 16:37
    • 1 103

Erməni idmançı azərbaycanlı ilə döyüşməkdən imtina etdi

Ermənistanın MMA döyüşçüsü Lüdvik Şolinyan azərbaycanlı idmançı Həsən Əzizovla döyüşməkdən imtina edib.

Bu barədə Həsən Əzizov açıqlamasında deyib.

Döyüş noyabrın 17-də Lvovda “Lemberg Fight Cup” MMA yarışları çərçivəsində baş tutmalı idi.

Həsən Əliyevin sözlərinə görə, Lüdvik Şolinyan turnirə iki gün qalmış döyüşdən imtina edib. O, Bellatorun təşkilatçılığı ilə keçirilən yarışlarda iştirak edəcəyini bəhanə gətirib.

“Onun döyüşdən qaçması kefimi pozdu. Mən onunla döyüşə hazırlaşmışdım, onun döyüş üsullarını öyrənmişdim. Lüdvikin döyüşdən imtina etməsini qorxaqlıq kimi qiymətləndirirəm. Mənə hətta UFC döyüşlərində iştirak təklif olunsaydı, erməni ilə döyüşmək xətrinə imtina edərdim. Təşkilatçılar yeni rəqib seçməyi təklif etdilər, və mən razılaşdım”.

Noyabrın 17-də erməni döyüşçüsünün əvəzinə Həsən Əzizovun qarşısına ukraynalı Andrey Xoxlov çıxacaq.

//Median.az