Həbsdə olan icra başçısı koronadan vəfat etdi
    • 8-09-2021, 13:12
    • 292

Həbsdə olan icra başçısı koronadan vəfat etdi

Ağstafa rayonunun sabiq icra başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.

O, həbsxanada koronavirusdan vəfat edib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. /Bakupost.az/