Son günlərdə “Instagram” platformasında insanları aldadan dələduzlar peyda olub -Foto
    • 9-09-2021, 17:12
    • 534

Son günlərdə “Instagram” platformasında insanları aldadan dələduzlar peyda olub -Foto

Son günlərdə “Instagram” platformasında insanları aldadan dələduzlar peyda olub.

News24.az xeber verir ki bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sosial mediada, əsasən “Instagram” platformasında yaradılmış saxta (məs: giveaway qalibləri) səhifələrdən vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazaraq iştirak etdikləri “giveaway” adlı yarışların qalibi olduqları barədə məlumat verilir.

Belə ki, hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir.

Nazirlik vətəndaşların bu tipli mesajlara inanmamasını və heç bir halda ödəniş etməmələrini tövsiyə edir.