Azərbaycanın vaksin pasportları xaricdə tanınmır?
    • 9-09-2021, 18:19
    • 293

Azərbaycanın vaksin pasportları xaricdə tanınmır?

Sosial şəbəkələrdə xaricə səfər edən “Pfizer” vaksini vurulmuş Azərbaycan vətəndaşlarının vaksin pasportunun tanınmaması ilə bağlı məlumatlar yayılıb. Buna səbəb isə pasportda “Pfizer” peyvəndinin hər iki dozasında eyni kodun yazılmasıdır.

Bildirilir ki, əslində bu kodlar fərqli olmalıdır, əks halda bu bir doza vaksin olunmuş sayılır. 

Məsələyə aydınlıq gətirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda birinci və ikinci dozaların seriya nömrələri eyni ola bilər: “Azərbaycan Respublikasına COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir. “COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”. /“Qafqazinfo”/