-
- 10-09-2021, 10:18
- 539
ABŞ-da 11 sentyabr terroruna görə tətbiq edilən fövqəladə vəziyyətin müddəti uzadıldı
2001-ci ildə 11 sentyabr hücumlarından sonra ABŞ hakimiyyəti tərəfindən elan edilən fövqəladə vəziyyətin müddəti daha bir il uzadılıb.
News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.
Co Bayden bildirib ki, 11 sentyabr 2001-ci ildə ABŞ-da törədilən terror aktları səbəbiylə 7463 saylı qərarda elan edilən fövqəladə vəziyyətin bir il də uzadılması ilə bağlı Federal Qeydiyyata bildiriş göndərib.
Amerika liderinin sözlərinə görə, 20 il əvvəl ABŞ-da fövqəladə vəziyyətin tətbiq olunduğu terror təhlükəsi hələ də aktualdır.