Göyçayda 53 yaşlı tanışını bıçaqlayaraq öldürən yeniyetməyə cinayət işi açıldı
    • 10-09-2021, 16:31
    • 444

Göyçayda 53 yaşlı tanışını bıçaqlayaraq öldürən yeniyetməyə cinayət işi açıldı

Sentyabrın 10-u saat 06 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay Rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü İsmayıl Babazadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.