3 milyondan çox şəxsə ikinci doza vaksin vuruldu
    • 10-09-2021, 18:29
    • 383

3 milyondan çox şəxsə ikinci doza vaksin vuruldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 584 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 424 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 493 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 465 644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 027 390 təşkil edir.