Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirliklərinin nümayəndələri Ağdama səfər edib - FOTO
    • 11-09-2021, 17:25
    • 433

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirliklərinin nümayəndələri Ağdama səfər edib - FOTO

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirliklərinin nümayəndələri Ağdama səfər edib.

Qonaqları Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olmuş Ağdam rayon üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Nümayəndə heyətinə ermənilən Pənahəli xanın İmarət kompleksində törətdikləri vandallıq aktları, Qarabağ xanlarının dağıdılmış türbələri, o cümlədən şair Xurşidbanu Natəvanın məhv edilmiş məzarı göstərilib.

Sonra dünyada nadir muzeylərdən hesab olunan, ermənilər tərəfindən talan edilmiş Ağdam Çörək Muzeyinin binasının qalıqları və Ağdam Cümə Məscidini ziyarət olunub.

Daha sonra Emin Hüseynov qonaqları Ağdamın Baş planı ilə tanış edib. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev qonaqlara Ağdam Sənaye Parkı barədə məlumat verib. Bildirib ki, yeni qurulacaq Sənaye Parkının bütün ərazisi minalardan təmizlənib, yaxın gələcəkdə ərazidə inşa işlərinə başlanacaq. /APA/