Bakıda DƏHŞƏTLİ QƏZA: Maşın havada dövrə vurdu, sürücü SAĞ ÇIXDI - VİDEO
    • 14-09-2021, 12:53
    • 646

Bakıda DƏHŞƏTLİ QƏZA: Maşın havada dövrə vurdu, sürücü SAĞ ÇIXDI - VİDEO

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, Milli Gimnastika Arenası ilə üzbəüz magistral yolda “Toyota Prius” markalı avtomobil sürət həddini aşaraq “Hyundai” markalı avtomobillə toqquşduqdan sonra havada bir neçə dəfə dövrə vurub.

Dəhşətli qəza olmasına baxmayaraq, nəticədə “Hyundai” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb, itki yoxdur.