Valideynlərin NƏZƏRİNƏ: Sabah I sinfə şagird qəbulu YEKUNLAŞIR
    • 14-09-2021, 17:24
    • 287

Valideynlərin NƏZƏRİNƏ: Sabah I sinfə şagird qəbulu YEKUNLAŞIR

Sentyabrın 15-də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) sabah saat 18:00-da bağlanacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.