Rusiyada miqrantları "çipləyəcəklər"
    • 16-09-2021, 15:32
    • 3 871

Rusiyada miqrantları "çipləyəcəklər"

Rusiya Daxili İşlər Nazirliyi ölkəyə uzun müddətli gələn əmək miqrantlarına və əcnəbilərə mikroçipli plastik kartlar verəcək.

News24.az xəbər verir ki, bu yenilik 29 dekabr 2021-ci ildən tətbiq ediləcək.

Bildirilir ki, çipdə həmin şəxsin məcburi barmaq izi qeydiyyatının keçməsi haqqında məlumat və  fotoşəkili yerləşdiriləcək.