Müəllimlərin işə qəbul müsabiqəsi ildə bir neçə dəfə keçiriləcək
    • 16-09-2021, 16:50
    • 528

Müəllimlərin işə qəbul müsabiqəsi ildə bir neçə dəfə keçiriləcək

"Gələcəkdə müəllimlərin işə qəbul müsabiqəsinin il ərzində bir yox, bir neçə dəfə keçirilməsi nəzərdə tutulur".

News24.az-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib.

Qeyd edib ki, bunun reallaşması üçün müvafiq infrastruktur olmalıdır: "Hər tədris ilində təxminən 1000 vakant yer yaranır. Bu il də 9000 vakant yer əvvəldən var idi, il ərzində də 1000 vakant yer yarandı və vakansiyaya çıxarılan yerlərin sayı 10000 oldu. Bəzən MİQ müsabiqəsində namizəd imtahana gecikir, ya qanun pozuntusu edir, ya aşağı bal toplayır deyə yenidən imtahan vermək istəyir. Bütün bunları nəzərə alaraq il ərzində bir neçə dəfə MİQ müsabiqəsi etmək istəyirik. Vakant yerlərin sayı ilə bağlı da müəyyən işlərə baxılacaq. MİQ-də istifadə olunan sualların məzmunu ilə bağlı hər hansı dəyişikliyin olması düşünülmür. Ola bilsin ki, yerləşdirmə test imtahanından fərqli keçirilsin. Hazırda detallar müzakirə olunur".