Fransada “Sarı jiletlilər“ aksiya keçirir, ölən və yaralananlar var
    • 17-11-2018, 14:57
    • 1 035

Fransada “Sarı jiletlilər“ aksiya keçirir, ölən və yaralananlar var

Fransada keçirilən etiraz aksiya zamanı bir piyada avtomobil tərəfindən vurularaq öldürülüb.

Bu gün səhər tezdən başlamış aksiyada məqsəd yolları bağlayaraq avtomobillərin hərəkətinə mane olmaqdır. “Sarı jiletlilər“ adlandırılan aksiya iştirakçıları Fransada benzinin və benzinə olan verginin artırılmasına qarşı səfərbər olublar.
Gün ərzində bütün Fransada 1500-ə yaxın aksiyanın keçiriləcəyi gözlənilir.
Aksiya zamanı avtomobillərin hərəkətinə mane olmağa çalışan daha iki nəfər yüngül bədən xəsarəti alıb və asayişə nəzarət edən bir polis xidməti zamanı avtomobil tərəfindən vurulub.

//Report