Əli Həsənovun həyat yoldaşı istefaya getdi
    • 17-11-2018, 15:59
    • 6 029

Əli Həsənovun həyat yoldaşı istefaya getdi

Milli Televiziya və Radio Şurası (MTRŞ) filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyevanın Şuranın üzvlüyündən çıxması məsələsinə aydınlıq gətirib.

Qeyd edək ki, Sona vəliyeva Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, S.Vəliyevanın MTRŞ üzvlüyündən çıxması onun sıx elmi-pedaqoji fəaliyyəti ilə bağlıdır: “Sona Vəliyeva sıx elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq istefa ərizəsi ilə cənab Prezident İlham Əliyevə müraciət edib və ərizəsi qəbul olunub”.

//Virtualaz.org