-
- 20-09-2021, 13:17
- 2 983
Şuşada şəhid oğlunun ruhu ilə görüşən ATA: "Salam, oğlum" - VİDEO
"Mən çox böyük qürur hissi keçirirəm. 200 ildən artıqdır ki, erməni tör-töküntüləri dünyada vətəni olmayan bu məxluqlar Azərbaycanın gözəl, tarixi diyarı olan Şuşanı, cənnət Qarabağı ələ keçirmək istəyirlər. Bunların planı 1905-də həyata keçmədi, 18-ci ildə baş tutmadı, 20-ci ildə alınmadı, 30-cu ildə daha nə əməllər törətdi, eləcə də 37-ci ildə və sonralar eləmədikləri qalmadı. 1988-ci ildən də qətliamlar törətməyə başladılar. Erməni bizimlə müharibə etməyib, bizi xaincəsinə qətl edib, qətliam, terror törədib. Çünki onun elə bir dövləti yoxdur ki, o bizimlə vuruşsun, müharibə aparsın. Bu gözəl torpaqları əldə etmək üçün hər dona girib. Şuşa Azərbaycanın ən gözəl, ən əsrarəngiz şəhəri, Azərbaycanın gözü, ürəyidir. Şuşanı, işğaldakı torpaqlarımızı almaqla Ali Baş Komandanımız və Müzəffər Ordumuz 44 gün müddətində tarixdə misli görünməyən bir Qələbə yazdı. Mənim oğlum da baş leytenant, tabor komandiri Rövşən Nurzadə Şuşanın girəcəyində şəhid oldu. O, Füzulinin alınmasında iştirak elədi. Cəbrayılı, Qubadlını aldı, Daşaltıda yaralandı amma geri qayıtmadı, dedi: "Sona qədər vuruşacam! Birimiz qanımız, birimiz canımızla qələbəni əldə etməliyik". Bu qələbəylə Şuşanın girəcəyində ayın 6-da şəhid oldu.
Salam, oğlum,
Salam, oğlum!
Vətənə arxa duran qəhrəman,
Daşaltıda düşmənə qan udduran Qəhrəman!
Sən bu xalqın əbədi xatirində qalmısan,
Şuşanın göylərindən cənnətə yol salmısan,
Salmısan ürəklərə sonsuz məhəbbət, Şəhid!
Bu yalançı dünyada mütləq həqiqət şəhid.
Elə bil ki, Babəksən yağı döyüşlərində,
Qarabağ savaşında, Şuşa döyüşlərində.
Canla zarafat olmaz, cəsarətin bəllidir
Yadigar balaların anana təsəllidir.
Təsəllidir atana təbəssümlü şəkillər,
Səni xatırlayacaq gələcəkdə nəsillər.
Sən şəhidsən, şəhidlik əbədilik deməkdir
Vətənə sarılmaq da bir məhəbbət deməkdir,
Mən də şəhid olardım, o məndən başlasaydı.
Sənə Tanrı deyərdim, oğul, Tanrı bağışlasayd.ı
Sağ ol oğlum, salamat qal,
Salam deyərsən şəhid qəhrəmanlara
Qayalara dırmanıb Şuşanı alanlara...
"O yaralananda Daşaltıda deyiblər, komandir, yaralısan, qayıtmalısan, deyib ki, "Sonuncu namazımı Şuşa məscidində qılacam, sonra da qonaqlıq verəcəm, əlimlə sizə kabab çəkəcəm. Mən Şuşaya girməliyəm". O müddətdə ermənilər snayperlə Şuşadakı Azərbaycan əsgərlərini qətlə yetirirdi. Bu, dünyada misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Şuşa elə bir yerdir, orada böyük silahlardan istifadə eləmək olmazdı.
Mən əlimdə avtomatla sonuncu dəfə Şüşadan 1992-ci ilin martında çıxmışam. Vertlyotla Ağdama uçduq. Ermənilər dayanmadan vertolyotu vururdular. Güllələr altında uçduq. Onda Şuşa çox soyuq idi, sinəyə qədər qar vardı, su yox idi. Oğlumqarışıq bu igidlər bizim alın ləkəmizi sildilər, Şanlı Ordumuz erməniləri diz çökdürdü".
Müəllif: Ülkər Qasımova
Video: Nicat Nifətliyev
Şuşa, Cıdır düzü