Səyyad Əlizadənin vəziyyəti YENİDƏN AĞIRLAŞDI
    • 21-09-2021, 14:35
    • 1 379

Səyyad Əlizadənin vəziyyəti YENİDƏN AĞIRLAŞDI

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti yenidən ağırlaşıb. 

News24.az xəbər verir ki, bu barədə oxu.az-a müğənninin qohumu Razim Qarayev məlumat verib. 

O bildirib ki, həkimlər sənətçinin vəziyyətini stabil ağır kimi qiymətləndirirlər:

“Səyyad Əlizadənin vəziyyətinin yaxşılaşması üçün həkimlər əllərindən gələni edirlər. Ciddi nəzarət altında, komada, süni tənəffüs aparatında saxlanılır. Dünəndən bu günə heç bir irəliləyiş yoxdur”.