Beynəlxalq təşkilatda 3 aylıq təcrübə proqramı - MARAQLI
    • 22-09-2021, 12:40
    • 301

Beynəlxalq təşkilatda 3 aylıq təcrübə proqramı - MARAQLI

Mənzil-qərargahı Almaniya Federativ Respublikasının Hamburq şəhərində yerləşən Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın (ITLOS) Katibliyi tərəfindən inkişaf etməkdə olan ölkələrin tələbələri və yeni məzun olmuş şəxslər üçün staj imkanları təklif olunur. 3 aylıq staj proqramı beynəlxalq münasibətlər, hüquq, ictimaiyyətlə əlaqələr, siyasi elmlər və başqa sahələri əhatə edir. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, proqrama müraciət etmək istəyən namizədlər ingilis və ya fransız dilini bilməlidir.
 
Proqrama müraciət üçün son tarix 30 sentyabr 2021-ci il nəzərdə tutulub.
 
Staj proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.