WhatsApp-da koronavirusla bağlı yeni funksiya- MÜTLƏQ AKTİV EDİN
    • 28-04-2020, 23:15
    • 1 014

WhatsApp-da koronavirusla bağlı yeni funksiya- MÜTLƏQ AKTİV EDİN

WhatsApp messencerdə yeni funksiya işə salınıb. Bundan sonra istifadəçilər audio-video zənglərdə 4 deyil, 8 nəfərlə ünsiyyət qura biləcək.

New24.az-ın  xarici mətbuata istinadla verdiyi xəbərə görə, bu haqda kompaniyanın bloqunda məlumat verilib.
Məlumata görə, bu funksiya daha öncə də mümkün olub. Amma bu, yalnız test şəklində gerçəkləşib. Koronavirus pandemiyası yayıldıqdan sonra isə, bu funksiyanın aktivləşməsinə zərurət yaranıb.

Qeyd edək ki, yeni funksiyada iştirakçıları qrupa əlavə etmək əvvəlki kimidir. Yəni bunun üçün istifadəçi "Yeni qrup yarat", "Formatı seç (audio, video), daha sonra "Lazımi istifadəçiləri daxil et"düyməsini basmalıdır.