XİN başçısı: "Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir"
    • 22-09-2021, 18:40
    • 499

XİN başçısı: "Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir"

"Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni imkanlar açır. 10 Noyabr 2020-ci il tarixli birgə bəyanat, xüsusilə bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı".

News24.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya bölgədə nəqliyyat kommunikasiyalarının açılması üçün konkret istiqamətlər üzərində işləməyə başladılar: "Əlaqələrin yenidən canlandırılması Ermənistan və Azərbaycan üzərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə sürətləndirəcək və bu həm bu ölkələrə, həm də tərəfdaşlarımıza fayda verəcək. Bu, normallaşmanın əhəmiyyətli bir faktoru olacaq və bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq".

"Kommunikasiyaların açılışı məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu bölgədə konkret istiqamətlər üzərində işə başladı. Kommunikasiyaların açılmasının mühüm və mümkün bir irəliləyiş ola biləcəyinə baxmayaraq, Ermənistan danışıqları əngəlləmək və gecikdirmə taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir. Biz konstruktiv olaraq prosesdə iştirak edirik və məsələ ilə məşğul olmaqda davam edirik. Aydındır ki, kommunikasiyaların yenidən canlandırılması həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə Ermənistan və Azərbaycan üzərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracaqdır. Bu, normallaşmanın əhəmiyyətli bir faktoru olacaq və bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq", - nazir bildirib.