Braziliyalı nazir etirazçıları təhqir etdi, KORONAVİRUSA YOLUXDU
    • 24-09-2021, 08:56
    • 282

Braziliyalı nazir etirazçıları təhqir etdi, KORONAVİRUSA YOLUXDU

Braziliya Səhiyyə Nazirliyinin rəhbəri Marselo Keyroqanın ABŞ -da yaşayan braziliyalı etirazçıları təhqir etməsi qalmaqala səbəb olub.

News24.az xəbər verir ki, M.Keyroqa Nyu-Yorka BMT Baş Assambleyasının sessiyasına yollanıb və etirazçıların səsləndirdiyi "Keyroqa, COVID-19 pandemiyasının nəticələrin öhdəsindən gəlmədin" şüarlarına səssiz qala bilməyib. 

Etirazçıların yanından keçən səhiyyə naziri onlara barmağı ilə etik olamayan işarə göstərib.

Daha sonra məlum olub ki, Keyroqanın koronavirus testi müsbət çıxıb. Nazir Nyu-Yorkda qalacaq və 14 gün özünü təcrid edəcək.