Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
    • 24-09-2021, 16:52
    • 306

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 58 256 nəfər vaksinasiya olunub.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 440 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 227 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 683 453, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 544 276 təşkil edir.