Anım Günü ilə əlaqədar bu saatda bütün yollarda hərəkət dayandırılacaq
    • 27-09-2021, 08:30
    • 475

Anım Günü ilə əlaqədar bu saatda bütün yollarda hərəkət dayandırılacaq

27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.

News24.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.