Analar Şuşaya şəhid məzarlarının torpağını səpdi - VİDEO
    • 27-09-2021, 13:13
    • 629

Analar Şuşaya şəhid məzarlarının torpağını səpdi - VİDEO

Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban, Azərbaycan!
Ruhuma büt, cismim üçün vətən olan
Torpağına canım qurban, Azərbaycan
!

News24.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların anaları üçün “Mənim oğlum qəhrəmandır” adlı tədbir bu dəfə Şuşada baş tutub.

Torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızın ruhunu şad etmək, onların ailələrinin, övladlarının, valideynlərinin bizə ən dəyərli yadigar olduğunu bir daha xatırlatmaq məqsədi daşıyan tədbirdə şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova başda olmaqla şəhid anaları iştirak ediblər. Şəhid anaları Gövhərağa məscidində namaz qılıb, Allaha dua ediblər. Şuşa qalasının önündə şəhidlərimizin ruhuna ehsan paylayıblar.