-
- 27-09-2021, 13:08
- 803
“Şəhidlərin anaları bizim anamız, övladları bizim övladımızdır” - Fotolar
Artıq neçə müddətdir ki, II Qarabağ müharibəsində şəhid olan qardaşlarımızın övladları üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirləri həyata keçirilir.
News24.az xəbər verir ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının gözəl gün keçirməsini təmin etməkdir.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində növbəti tədbirimiz Şuşa şəhərində baş tutdu.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə həyata keçirilən tədbir çərçivəsində qəhrəman şəhidlərimizin övladları, anaları, həyat yoldaşları Şuşa şəhərinə yola düşdü. Şuşa şəhərinə çatarkən onların keçirdikləri hisslərini sözlə ifadə etmək mümkün deyil. Şuşanın daşına, torpağına, sanki şəhid balalarının izlərinı hiss edirlərmiş kimi, sığal çəkən şəhid anaları ürəklərndəki ağrıya, acıya rəğmən qürur hissi keçirirdi.
Hələ yolda düşməzdən əvvəl də demişdilər ki, balalarının ruhuna ehsan vermək onların arzusudur. Biz də bu arzunu həyata keçirmək, az da olsa onların ürəyinə toxtaxlıq gətirmək istədik. Şuşada, Cıdır düzündə şəhid anaları üçün alaçıqlar quruldu. Alaçıqların içi torpaqlarımız uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin fotoları ilə bəzəndi. Şəhid analarından kimi oğlunun şəklinə sığal çəkib, oxşayır, kimi dua edir, kimi isə övladının rəsmini axtarırdı... Yəqin ki, bu mənzərəni heç vaxt unuda bilməyəcəyəm. Sonra şəhid anaları öz arzularını həyata keçirdi, ocaq üstündə yeməklər bişirdilər, hazırda Şuşada xidmət edən əsgərlərimizə ehsan payladılar. Bu torpaq, bu Vətən Şəhidlərimizə və onları böyüdüb boya-başa çatdıran analarımıza hr zaman minnətdar olacaq. Bu xalq hər zaman sizin yanınızda olacaq! Şəhidlər bizimdirsə , onların ailələri də bizimdir, anaları da bizim analarımızdır, övladları da bizim övladımızdır. İndi mənim bir yox, 3001 anam var! Eləcə də bu millətin hər bir övladının...İllər keçəcək, bəlkə də yaralar köz bağlayacaq, amma qəhrəman şəhidlərimizin göstərdiyi şücayət heç bir zaman unudulmayacaq!
“Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirləri isə Azərbaycanın digər bölgələrində davam edəcək. Yeri gəlmişkən, “Mənim atam qəhrəmandır” layihəsinin silsilə Bakı tədbirlərində hər zaman yanımızda olan, dəstək verən başda Zakir Həsənov olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, başda Vilayət Eyvazov olmaqla Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə, Azərbaycan Gənclər və İdman Naziriliyinə, dərin təşəkkür edirəm.
Şuşa tədbirində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova və Şuşa Şəhəri Dövlət Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasova göstərdikləri diqqətə görə təşəkkür edirəm. Bu layihənin silsilə tədbirlərinin həyata keçirilməsində əməyi keçən komandamızın bütün üzvlərinə və Şuşa dövlət qoruğunun bütün kollektivinə təşəkkür edirəm. Və daima bu layihənin hər bir tədbirində sevə sevə ürəkdən iştirak edən Dəyərli İncəsənət Xadimlərimizə, Vətənpərvər aparıcılarımıza və Olimpiya Çempionlarımıza dərin minnətdarlığımızı bildirirəm. Bu Vətən, biz bir olduqca daim yaşayacaq, bu bayraq biz güclü olduqca daim ən yüksək zirvələrdə dalğalanacaq! Allah QƏHRƏMAN ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin!