Hande Yenerlə Demet Akalın 11 ildən sonra ağ bayraq qaldırdılar
    • 19-11-2018, 12:45
    • 1 171

Hande Yenerlə Demet Akalın 11 ildən sonra ağ bayraq qaldırdılar

On bir ildir bir-biri ilə yola getməyən məşhur türk müğənniləri Hande Yener və Demet Akalın bu savaşdan yoruldular.

Nəhayət tərəflər lazımsız savaşlarını sonlandırdılar. İlk addım Demetdən gəldi. Vəkilinə məhkəmədə razılığa gəlmək təlimatı verərək, artıq Hande ilə savaşmaq istəmədi. Bunun üstündən Hande də artıq Demetlə qalmaqal etməmək qərarına gəldi. "Məhkəmələri belə mövzularla yormayaq" - deyib, artıq lazımsız "atışmalar" etməyəcəyini dedi... Beləcə, 11 ilin düşmənləri nəhayət ağ bayraq qaldırılar. 

News24.Az