"Nikah şahidim Demet ola bilər" - Hande Yener
    • 28-01-2019, 10:56
    • 1 017

"Nikah şahidim Demet ola bilər" - Hande Yener

Müğənni Hande Yener uzun müddət küsülü olduğu, bir neçə gün öncə isə barışdıqlarını elan etdiyi həmkarı Demet Akalınla bağlı açıqlama edib. 

News24.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən H.Yener jurnalistin "Nikah şahidiniz Demet Akalın ola bilərmi?" sualına belə cavab verib:

"Niyə də olmasın? Demet hazırda ən yaxın rəfiqəmdir. İnstagramda bir-birimizə ürək yollayırıq. Bizi uzun zamandır küsülü görənlər artıq yan-yana olmağımızı istəyir. Hər an hər şey ola bilər. Duet oxuya və ya reklamda çəkilə bilərik".

Teymur MƏMMƏDOV